“İlahiyyat” məscidi dini icması da qeydiyyata hazırlaşır
25 dekabr 2009 16:45 (UTC +04:00)

“İlahiyyat” məscidi dini icması da qeydiyyata hazırlaşır

“Hörmətli Hidayət Orucovun söylədiklərinə münasibət açıqlamaq mənim vəzifəm deyil. Mən yalnız dini icmamızın durumu ilə bağlı məlumat verə bilərəm”. Bunu Lent.az-a açıqlamasında Bakı Dövlət Universitetinin yataqxanasının həyətindəki “İlahiyyat” məscidinin imamı, həmin dini icmanın rəhbəri İbrahim Memiş deyib. Onun sözlərinə görə, dini icma qeydiyyata alınmaq üçün lazım olan sənədləri toplayıb: “Bütün sənədləri toplamışıq. Yalnız Fövqəladə Hallar Nazirliyindən alınmalı olan bir sənəd qalıb, o da tezliklə verilməlidir. Biz 2010-cü il yanvarın 1-dək sənədləri toplayıb Qafqaz Müsəlmanları İdarəsinə təqdim etmək fikrindəyik. Ancaq işlər bir az yavaş gedir. Ümid edirik ki, inşallah, sənədlərin hamısını yanvarın 1-dək təqdim edə biləcəyik”.

Xatırladaq ki, dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov “İlahiyyat” məscidi dini icmasının təkrar qeydiyyat üçün Komitəyə müraciət etməyən dini icmalardan biri olduğunu bildirmişdi. Onun sözlərinə görə, məscidin və dini icmanın fəaliyyət göstərib-göstərməyəcəyi qeydiyyat üçün təqdim olunacaq sənədlər araşdırıldıqdan sonra bəlli olacaq: “Bu barədə icma özü düşünməlidir”.

Bakı Dövlet Universitetinin (BDU) “Tələbə şəhərciyi”ndə yerləşən “İlahiyyat məscidi” camesinin tikintisinə Türkiyə Diyanət Vəqfinin dəstəyilə 1993-cü ildə başlanılıb. 1996-cı ildə isə məscid istifadəyə verilib. Bu ilin may ayında məscidin sənədləri qaydasında olmaması səbəbindən onun fəaliyyətinin dayandırılacağı bildirilsə də, sonradan bu, baş vermədi.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar