Azərbaycanlı aspirant beynəlxalq konfransda - FOTO
Hindistanın paytaxtı Dehlidə “Mamalıq, ginekologiya və perinatologiyanın əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib. Lent.az-ın məlumatına görə, beynəlxalq konfransda Kanada, Amerika , Böyük Britaniya, Hindistan, İsrail, İtaliya, Hollandiya və digər Avropa ölkələrindən olan həkim və tibb mütəxəssisləri iştirak edib. Adıçəkilən ölkələrlə yanaşı, Azərbaycanın “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İ.M.Seçenov I Moskva Dövlət Tibb Universitetində mamalıq və ginekologiya ixtisası üzrə aspirantı Ülviyyə Qasımova da qatılıb. Qeyd olunan mövzu ilə bağlı konfransda həmyerlimizin bir neçə çıxışı dinlənilib.
Ülviyyə Qasımova ilk gün “Uşaqlıq arteriyası embolizasiyasının reproduktiv yaşda olan qadınların həyat tərzinə təsiri”, ikinci gün isə “Autoimmun mənşəli ooforit, uşaqlıq ateriyası embolizasiyasının nəticəsi kimi” başlıqlı prezentasiya çıxışları edib. Hər iki çıxış böyük maraqla qarşılanıb. Araşdırmanın ginekologiya sahəsində çox önəmli olduğunu və səhiyyənin inkişafı üçün yararlı olduğu söylənilib. İştirakçılar mövzu barəsində bütün suallarına dolğun cavab alıblar. Həmyerlimizin çıxışının çox gözəl və yaddaqalan olması hər bir iştirakçı tərəfindən səslənib.
Qeyd edək ki, Ülviyyə Qasımova ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb və həmin Universiteti fərqlənmə diplomu ilə bitirib. O, Hindistanda keçilən beynəlxalq konfransda iştirak edən ilk azərbaycanlıdır.

1818