Həccdə olan zəvvarlarımızın bir neçəsi xəstələnib
22 oktyabr 2012 13:55 (UTC +04:00)

Həccdə olan zəvvarlarımızın bir neçəsi xəstələnib

Bu barədə APA-ya zəvvarlardan biri məlumat verib. O, zəvvarların səhhətində problem yaranmasını iqlimi dəyişməsi ilə izah edib: “Bir neçə nəfərdə soyuqdəymə, qan təzyiqi halları qeydə alınıb. Amma şükür Allaha ki, zəvvarların səhhətində ciddi problem yoxdur”.

Qeyd edək ki, Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri, 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə ziyarət zamanı dünyasını dəyişib. Zəvvar xanım ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunub.

R. Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565

Oxşar yazılar