"Koronavirusa görə müayinələr üçün gündə 5 min nümunə götürülə bilir" - RƏSMİ
06 may 2020 17:13 (UTC +04:00)

"Koronavirusa görə müayinələr üçün gündə 5 min nümunə götürülə bilir" - RƏSMİ

"Karantin elan edilməsi nəticəsində Azərbaycanda koronavirusa yoluxma nəzarətə götürülüb. Bu, tək Azərbaycanın deyil, dünyanın bəlasıdır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, dünyada 3 milyon 500 mindən çox insan bu virusa yoluxub: "Yoluxmaların müəyyənləşdirilməsi üçün analizlərin qəbulu keçirilən məntəqələr var. Bunlar tam avtomatlaşdırılıb. İlk günlərdə 200-300 nümunə götürə bilirdik. İndi  isə 5000 nümunə götürülə bilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar