Zelenski 2025-ci ildə prezident seçkiləri keçirməyi  planlaşdırır
27 sentyabr 2024 20:49 (UTC +04:00)

Zelenski 2025-ci ildə prezident seçkiləri keçirməyi planlaşdırır

Gələn il Ukraynada prezident seçkiləri keçirilə bilər.

Lent.az bildirir ki,bBu barədə “The Economist” yazır.

“The Economist” 2025-ci ildə Ukraynada keçiriləcək prezident seçkiləri haqqında nə yazıb? 

“The Economist” xatırladır ki, ötən il Ukraynada əsas siyasi qüvvələr döyüşlər bitənə qədər seçki keçirməmək barədə razılığa gəliblər.

Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenski, hakimiyyətini gücləndirmək üçün gələn il prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirir.

Məqalədə fəaliyyəti Amerika Milli Demokratik Beynəlxalq Münasibətlər İnstitutunun keçirdiyi sorğunun nəticələri təqdim olunur.

Onun məlumatlarına görə, ukraynalıların dövlət başçısına inamı ötən ilin mayında 80 faizdən bu il 45 faizə düşüb.

Nəşr Zelenskinin iddia edilən rəqiblərindən biri kimi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının adını çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar