YAP prezident seçkilərinə hazırlıq məsələlərini müzakirə edib
24 yanvar 2013 17:26 (UTC +04:00)

YAP prezident seçkilərinə hazırlıq məsələlərini müzakirə edib

Yanvarın 24-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a YAP-dan məlumat verilib. İclasda Yeni Azərbaycan Partiyasının 2012-ci ildə fəaliyyətinə dair hesabatı, maliyyə hesabatı, o cümlədən Qadınlar Şurası və Gənclər Birliyinin statistik hesabatları müzakirə və təsdiq edilib. 
 

İdarə Heyətinin iclasında qeyd olunub ki, hesabat ilində Yeni Azərbaycan Partiyası ictimai - siyasi proseslərə təsir imkanları xeyli genişlənib, cəmiyyətdəki aparıcı mövqeyi daha da möhkəmlənmiş və beynəlxalq nüfuzu yüksəlib. Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib.


İdarə Heyətinin iclasında bildirilib ki, 2012-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 37854 nəfər yeni üzv qəbul olunub. Onlardan 20 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7573 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 591355 nəfərə çatıb. 


İdarə Heyətinin iclasında həmçinin partiyanın 2012-ci il maliyyə hesabatı təsdiq edilib. İdarə Heyətinin iclasında həmçinin YAP-ın V Qurultayına və bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697
avatar

Oxşar yazılar