İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.
İqtisad Universitetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının və UNEC Qadınlar Şurasının sədri Təranə Kərimova tədbir yaradılmasının 23-cü illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynadığını bildirib.
T.Kərimova bilidirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın siyasi kursunun alternativi yoxdur. Müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilən YAP-ın yaranması insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açıb.
Bundan başqa, tədbirdə çıxış edən professor-müəllim heyəti YAP-ın keçdiyi 23 illik şərəfli yoldan danışıb, əldə olunan uğurlardan bəhs edib.