“İqtidar tərəfindən Müsavat Partiyasına görüş barəsində müraciət daxil olub”. Bunu Lent.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədr Gülağa Aslanlı fevralın 12-də iqtidar ilə müxalifət arasında baş tutacaq növbəti görüşə Müsavat Partiyasının dəvət olunmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, partiya görüşə qatılıb-qatılmamaqla bağlı qərar verməyib: "Bu məsələ müzakirə olunacaq və yekun qərar veriləcək”.