Xarici diplomatlar üçün bayram xonçası göndərildi
18 mart 2013 16:44 (UTC +04:00)

Xarici diplomatlar üçün bayram xonçası göndərildi

Bu gün Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik nümayəndəliklərə bayram xonçası göndərilib.

 

Təşəbbüsün əsas məqsədi qədim tarixə malik olan və bu gün də xalqımız tərəfindən sevinclə qarşılanan Novruz bayramı haqqında xarici ölkə vətəndaşlarının məlumatlandırılmasıdır.

 

Mərkəzin informasiya bölməsindən Lent.az-a bildirilib ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu təşəbbüs çərçivəsində 30-a yaxın səfirlik və beynəlxalq təşkilat ofisinə bayram xonçaları təqdim edilib. Bildirilib ki, xaricdəki Mərkəz üzvlərinin də təhsil aldıqları universitetlərdə bayram xonçaları hazırlaması üçün zəruri məhsullar bir neçə gün bundan öncə həmin ölkələrə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136
avatar

Oxşar yazılar