Vyanada ATƏT-in İnsan ölçüsü üzrə növbəti görüş keçirilib
06 iyul 2015 18:59 (UTC +04:00)

Vyanada ATƏT-in İnsan ölçüsü üzrə növbəti görüş keçirilib

Vyanada ATƏT-in İnsan ölçüsü üzrə növbəti görüş keçirilib. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Lent.az-a məlumatına görə, iki günlük görüşdə ölkəmizi millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdir müavini Aqşin Axundov təmsil ediblər.

 

Görüş cari ilin 21 sentyabr – 2 oktyabr tarixlərində Varşavada keçiriləcək ATƏT-in İnsan ölçüsü üzrə növbəti illik görüşünə hazırlıq məqsədi daşıyıb. Görüşdən əvvəl Azərbaycandan olan nümayəndələr “Holokosta yəhudiləri xilas etmiş müsəlmanlar” mövzusunda keçirilmiş kənar tədbirdə iştirak ediblər. Sözügedən tədbir İngiltərənin Mançester şəhərində fəaliyyət göstərən “Etiqad məsələsi” adlı yəhudi təşkilatı tərəfindən təşkil edilib. Dövlət Komitəsinin nümayəndəsi Aqşin Axundov yəhudilərin Azərbaycanda məskunlaşması tarixi, ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi barədə məlumat verib. O, yəhudilərin yaşadıqları  Holokost hadisəsi kimi azərbaycanlıların da Xocalı soyqırıma məruz qaldığını vurğulayaraq bildirib ki, ahıl, uşaq və qadınlar da daxil olmaqla 613 nəfər Xocalı sakini 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni hərbi birləşmələri tərəfindən öldürülmüşdür. Dövlət Komitəsinin nümayəndəsi bu faciənin dünyaya tanıdılması, ümumiyyətlə Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliği baxımından dünyada böyük nüfuza malik olan yəhudi təşkilatlarının yardımına böyük ehtiyac yarandığını bildirib.

 

Təşkilatın rəhbəri Fiyaz Mughal 2013-cü ildə Azərbaycana səfər etdiyini, ölkəmizdəki tolerantlıq mühitinin əyani şahidi olduğunu vurğulayıb. Təşkilat rəhbərliyi Xocalı soyqırımı barədə səthi məlumatları olduqlarını, lakin gələcəkdə bu faciənin beynəlxalq səviyyədə təbliği istiqamətində birgə tədbirlərin təşkilinə hazır olduqlarını qeyd ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar