Naxçıvan Ali Məclisi sədr seçəcək
15 noyabr 2015 01:12 (UTC +04:00)

Naxçıvan Ali Məclisi sədr seçəcək

0

Naxçıvan Muxtar Respublikası Ali Məclisi V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının çağırılması haqqında qərar verib.

 

APA-nın məlumatına görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 17 noyabr saat 11:00-da Naxçıvan şəhərində çağırıb.

 

Sessiyanın gündəliyinə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinlərinin və Ali Məclisin komitə sədrlərinin, komitə sədrlərinin müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.  

 

Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar