Ukrayna səfiri Azərbaycan dilində çıxış etdi
04 oktyabr 2016 21:13 (UTC +04:00)

Ukrayna səfiri Azərbaycan dilində çıxış etdi

Bakıda Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Ukraynanın Bakıdakı səfiri Azərbaycan dilində çıxış edib.

 

O qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmişə tanıyıb və dəstəkləyib: "Bu dəstəyə görə Azərbaycan prezidentinə təşəkkürümü bildirirəm. Azərbaycan işğal faktının nə olduğunu əksər dövlətlərdən yaxşı bilir. Bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü çox çətin zamanda qeyd edir. Çünki Ukraynanın bir hissəsi işğal edilib. Bunun nəticəsində çoxlu sayda dinc sakinlər öldürülüb".

 

Səfir Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı həll olunmamış münaqişələrə toxunaraq, indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Dünya ictimaiyyətinin bu münaqişələrin həllini tapması üçün daha fəal olacağına ümid edirəm". Səfir Ukrayna prezidenti Petr Poroşenkonun Azərbaycana səfərini xatırladaraq münasibətlərin gələcək inkişafından da danışıb.

 

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə iki ölkə arasında münasibətlərdən danışaraq bildirib ki, Azərbaycan həmişə Ukrayna ilə əməkdaşlıqda maraqlıdır.

 

Tədbir bədii hissə ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar