Türkiyənin paytaxtı Ankara şəhərinin Kızılcahamam Bələdiyyə Məclisi yekdilliklə Xocalı Soyqırımının tanınması haqqında qərar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərarda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımın unudulmaması, bu insanlığa sığmayan soyqırımın gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalı olduğu qeyd edilmiş və bu acı, vəhşiliklə törədilmiş soyqırımın əbədiləşdirilməsinin vacibliyi vurğulanıb.
Qərarda həm də Xocalıda ermənilər tərəfindən törədilən bu soyqırımın ermənilər üçün tarixi qara bir ləkə olduğu, bu vəhşiliyin bir nəslin yox edilməsi aktı olduğu qeyd edilib və bu cinayəti törədilənlərin cəzalandırılması xüsusən vacib sayılıb.