Ankara şəhərində polislər Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatını döyüblər. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Milliyyet” qəzeti xəbər yayıb. Azərbaycan səfirliyinin diplomatı avtomobili yanlış idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Diplomat polisə öz sənədlərini təqdim edərək bildirib ki, onun toxunulmazlıq hüququ var. Buna baxmayaraq, polis yenidən sənədləri yoxlayıb.
Bu zaman isə diplomat və polis arasında dava düşüb.
Hadisə yerindən uzaqlaşan azərbaycanlı diplomat dərhal səfirliyə zəng edərək, başına gələnləri danışıb.
Səfirlik isə məsələ ilə əlaqədar adıçəkilən ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və diplomatın döyüldüyü faktı üzrə şikayətçi olub. Məsələyə Daxili İşlər Nazirliyi də qarışıb və olayla bağlı araşdırma aparılıb. Nazirlik əməkdaşları isə azərbaycanlı diplomatdan dəfələrlə üzr istəyiblər.
Bu üzrxahlıqdan sonra diplomat və səfirliyimiz şikayəti geri götürüblər.
http://www.milliyet.com.tr/azeri-diplomata-buyuk-ayip-gundem-1904539/