Türkiyə parlamentinin yeni sədri bəlli oldu  - <span style="color:red;">YENİLƏNİB
01 iyul 2015 19:03 (UTC +04:00)

Türkiyə parlamentinin yeni sədri bəlli oldu - YENİLƏNİB

Seçkiıərin 4-cü turunda 550 millət vəkilindən 547-si səs verib. AKP namizədi İsmət Yılmaz 258 səslə Türkiyə parlamentinə sədr seçilib. Dəniz Baykal isə seçkinin son turunda 182 səs qazanıb. Seçkinin 4-cü turunda MHP-li deputatlar bitərəf qalıb. 

 

**

 

Bu gün Türkiyə parlamentinə sədr seçkisinin 3 və 4-cü turları keçirilir. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hazırda son - 4-cü turun səs verməsi yekunlaşıb və səslərin sayılması prosesi gedir. Seçkinin 3-cü turunda AKP namizədi İsmət Yılmaz 259, CHP namizədi Dəniz Baykal 129, HDP namizədi Dengir Mir Mehmet Fırat 78, MHP namizədi Əkmələddin İhsanoğlu isə 80 səs alıb. 

Sonuncu iki namizədi 4-cü turda yarışmır. Ən çox səs toplayan iki namizəd 4-cü turda yarışır. Deputatların yüksək çoxluğunun səsini qazanan namizəd Türkiyə parlamentinin yeni sədri olacaq. Ehtimallara görə, seçkini AKP namizədi İsmət Yılmaz qazanacaq. Çünki sonuncu turda onun ən az 3-cü turda səs alacağı gözlənilir. Dəniz Baykal isə HDP-li deputatların da səsi ilə birlikdə cəmi 212 səs qazana bilər. MHP sədri Dövlət Baxçalı bildirib ki, onlar 4-cü turda bitərəf qalacaqlar və heç kimə səs  verməyəcəklər. Bu halda isə AKP namizədi qalib gəlir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar