Türkiyə narahatlığını diplomatik kanallarla Litva tərəfinə çatdırıb
Türkiyə prezidenti Abdulla Gülün aprelin 3-də Litvaya planlaşdırılan rəsmi səfəri ərəfəsində bu ölkə parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması Ankaranın narahatlığına səbəb olub.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə bu narahatlığını diplomatik kanallarla Litva tərəfinə bildirib. Litva XİN isə Türkiyəyə aşağıdakı cavabı göndərib: “Litva parlamentinin Xarici Əlaqələr Komissiyası bildirib ki, Litva dövləti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı üçün komissiya “Dağlıq Qarabağla dostluq qrupu” adı ilə yaradılmış qrupu tanımır və dövlətin rəsmi siyasəti də bu yöndədir”.
“Hürriyet”in xəbərinə görə, Azərbaycan tərəfi A. Güldən Litva parlamentini ziyarət etməməsini və deputatlarla görüşməməsini istəyib.
Qeyd edək ki, A. Gül aprelin 1-4-də Baltik ölkələrinə səfər edəcək.