Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlib.
APA-nın məlumatına görə, general B. Kalyoncu Bakıda iki gün səfərdə olacaq.
B. Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarda görüşlər keçirəcək.
Səfər yanvarın 26-da başa çatacaq.