TRT Azərbaycanın dərdinə şərik olmağa davam edir. TRT Bakı Təmsilçiliyindən Lent.az-a verilən məlumata görə, martın 31-də Azərbaycanlıların Soyqırımı günündə TRT-nin dörd kanalında tarixi həqiqətlər dünyaya çatdırılacaq.
TRT Bakı Təmsilçiliyi tərəfindən “Tarixin qara Səhifəsi” və “Qafqazdan əsən yellər” adlı iki proqram hazırlandı. “Tarixin qara səhifəsi” adlı proqram Azərbaycan İqtisad Universitetində 31 Mart Soyqırımı günü keçiriləcək tədbirdə qonaqlara təqdim ediləcək.
Qeyd edək ki, bu proqramlar TRT Haber, TRT Türk, TRT Avaz ve TRT Anadolu kanallarında yayımlanacaq.