<b>Siyavuş Novruzov Qubad İbadoğlunun müdafisəsinə qalxdı:</b> "Ona haqsızlıq edilir"
06 fevral 2015 15:47 (UTC +04:00)

Siyavuş Novruzov Qubad İbadoğlunun müdafisəsinə qalxdı: "Ona haqsızlıq edilir"

Yeni Azərbaycan Partiyası icra aparatının sədr müavini Siyavuş Novruzov Müsavat Partiyası ətrafında cərəyan edən son hadisələrə münasibət bildirib.

 

O, Lent.az-a açıqlamasında bildirib ki,  Müsavat partiyasında söz, fikir azadlığının olmaması, ədalətsiz, qeyri-qanuni qurultay keçirilməsi və partiyanı bir qrup adamın zəbt etməsinin nəticəsi olaraq insanlar öz etirazını bildirir:"Müsavatda olmayan adamları indi partiya rəhbərliyinə gətiriblər, Müsavatın qurucuları və partiytada kifayət qədər xidməti olan insanlar bu prosesdən uzaqlaşdırılıb. Partiya yenə faktiki olaraq İsa Qəmbərin əlindədir, Arif Hacılı orda sadəcə kağız üstündə rəhbərdir”.

 

S. Novruzov deyib ki, Qubad İbadoğlunun, qurultayın ədalətsiz keçirilməsində  və buna görə də  yenidən qurultay keçirilməsi barədə dediklərində böyük həqiqət var: “Bunu sübut edən odur ki, Müsavat Partiyasından olan əksəriyyət bu gün Arif Hacılının sədrliyini qəbul etmir. Bu da ona dəlaət edir ki, başqanlıq uğrunda seçkilər saxta keçirilib. Bir sözlə Qubad İbadoğluna haqsızlıq edilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231

Oxşar yazılar