Siyavuş Novruzov: <b>“Bəzi partiyalar təxribat törətmək istəyirlər”</b>
13 fevral 2015 12:40 (UTC +04:00)

Siyavuş Novruzov: “Bəzi partiyalar təxribat törətmək istəyirlər”

“Təəssüf ki, bəzi partiyalar həm legitim olmadıqlarına, həm ayrı-ayrı qüvvələrə xidmət etdiklərinə görə, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət etmədikləri üçün iqtidar-müxalifət görüşlərinə kölgə salmaq, təxribat törətmək istəyirlər”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, hakimiyyətlə müxalif partiyalar arasında görüşlər Azərbaycan cəmiyyətinin, xalqının inkişafına, rifahına xidmət edir: “Zaman keçdikcə orada müzakirə olunan məsələlər, təkliflər həll ediləcək və bu da cəmiyyət üçün uğurlu nəticə verəcək. Amma Azərbaycanın maraqlarına xidmət etməyən bəzi partiyalar bunu tənqid etməklə sübut etdilər ki, onlar xalq üçün çalışan real qüvvələr deyillər”.

 

Qüdrət Həsənquliyev də bu mövzuya toxunaraq görüşü tənqid edən partiyaları xarici qüvvələrə işləyən təşkilatlar adlandırıb: “Onlar bunu kölgə altına salmaq istəyirlər, amma özləri kölgə altındadırlar”.

 

Fazil Mustafa görüşlərdə iştirak etmədiyini, lakin tənqid edənlərin siyasi mənada öz şanslarını qaçırdıqlarını söyləyib. İqbal Ağazadə bu cür görüşlərin dövlətin, xalqın mənafeyinə xidmət etdiyini və davam etməsinin zəruriliyini vurğulayıb.

 

Sədr Oqtay Əsədov deputatların fikirlərinə belə şərh verib: “Deyirsiniz o qüvvələr görüşü kölgə altına salmaq istəyirlər, amma özləri kölgə altındadırlar. Əslində bilirsiniz necədir? O tənqid edib iştirak etməyən partiyalar kölgə altında yox, kök altındadırlar. Onlar kök altında olduqları üçün belə açıq görüşlərə qatıla bilmirlər”. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar