Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarət məntəqəsinə mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmış balıqçı qayığı barədə məlumat daxil olub.
Lent.az-ın DSX-nın saytına istinadən xəbərinə görə, dənizçi sərhədçilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Dadaşov Feyruz Dadaş oğlu, Süleymanzadə Şəhriyar Əlövsət oğlu və Dadaşov Emin Rafiq oğlu xilas edilərək nasaz qayıqla birlikdə sahilə çıxarılıblar.