Senator Azərbaycan və Ermənistan parlamentarilərini dialoqa çağırdı
01 avqust 2013 10:32 (UTC +04:00)

Senator Azərbaycan və Ermənistan parlamentarilərini dialoqa çağırdı

“Fransa-Ermənistan” parlamentlərarası dostluq qrupunun sədri, senator Filipp Katsenbax Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərini münaqişəsinin nizamlanmasına dair dialoqa çağırıb.


 

APA-nın “Nouvelle d’Armenie”ya istinadən yaydığı məlumata görə, Katsenbax müvafiq dəvətnaməni Ermənistan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Ara Babloyana və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya göndərib.

 

Dəvətdə bildirilir: “Noyabrın 29-da Ermənistan parlamenti üzvlərinin Fransaya səfəri çərçivəsində Dağlıq Qarabağda vəziyyətə dair dəyirmi masa təşkil etmək istəyirəm. Bu görüşə Fransanın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədrini də dəvət etmək niyyətim var”.

 

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar