Prezident İlham Əliyev Səməd İsmayıl oğlu Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, S.Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilib.
Prezidentin başqa sərəncamiyla isə Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.