Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.
APA-nın Avropa bürosunun xəbərinə görə, S. Seyidov AŞPA-nın qış sessiyasının ilk günündə keçirilən iclasda qurum sədrinin müavinlərinin seçimlərinə dair prosedura uyğun olaraq növbəti dəfə bu posta təsdiqlənib.
Qeyd edək ki, S. Seyidov əvvəllər də AŞPA-nın vitse-prezidenti olub.