Azərbaycan XİN-də <span style="color:red;">HƏYƏCAN:  o səfirlik gücləndirilmiş rejimə keçdi
23 noyabr 2015 13:22 (UTC +04:00)

Azərbaycan XİN-də HƏYƏCAN: o səfirlik gücləndirilmiş rejimə keçdi

0

Xarici İşlər Nazirliyi Azərbaycanın Belçikadakı səfirliyinin gücləndirilmiş rejimdə işlədiyini açıqlayıb. Lent.az xəbər verir ki, KİV-in sorğusuna cavab olaraq, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər: “Hal-hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar