Xankəndi hava limanı ilə bağlı Sarqsayanın seçkiqabağı vədi
30 yanvar 2013 01:37 (UTC +04:00)

Xankəndi hava limanı ilə bağlı Sarqsayanın seçkiqabağı vədi

Xankəndidə bərpa olunmuş aeroport yaxın gələcəkdə istismara veriləcək.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan seçkiqabağı kampaniya çərçivəsində Noyamberyan şəhərinin sakinləri ilə görüşündə bəyan edib.


Onun sözlərinə görə, hazırda aeroportla bağlı, demək olar ki, bütün məsələlər həllini tapıb: “Şava limanının istifadəyə verilməsi ilə bağlı bir neçə məsələni həll etmək qalıb. Bu məsələlər həllini tapdıqdan sonra Xankəndi hava limanı istismar olunmağa və təyyarələri qəbul etməyə başlayacaq”.

Qeyd edək ki, bundan qabaq Qarabağdakı separatçı rejiminin mülki aviasiya idarəsinin rəisi Dmitri Adbaşyan bildirmişdi ki, Xankəndi hava limanı təyyarələrin qəbuluna tam hazırdır. Onun sözlərinə görə, hazırda təyyarələrin alınması və personalın seçimi həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1582
avatar

Oxşar yazılar