Prezident İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki baş konsulunu vəzifəsindən geri çağırıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezidentin imzaladığı sərəncama əsasən, Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyevin imzaladığı bir digər sərəncamla da Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.