Rusiya ATƏT-in təklifini qəbul etməyib
30 iyun 2014 18:12 (UTC +04:00)

Rusiya ATƏT-in təklifini qəbul etməyib

Rusiya ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında “Helsinki+40: İnsan təhlükəsizliyinə doğru” adlı qətnamə layihəsinə ATƏT-ə üzv dövlətlər arasında bir-birinə qarşı sanksiya və məhdudlaşdırmanı nəzərdə tutan qərarların qəbulunun yolverilməzliyini nəzərdə tutan düzəliş təklif edib. APA-nın məlumatına görə, ATƏT PA-dakı Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya və Həmvətənlərlə Əlaqə Məsələləri üzrə Komitəsinin sədri Leonid Slutski bu təklifin beynəlxalq aləmdə anti-Rusiya xarakterli addımların qarşısını almağa yönəldiyini bildirib.

Lakin Ukrayna nümayəndə heyəti düzəlişə etiraz edib. Nümayəndə heyətinin üzvü Oleq Zarubinski bildirib ki, söhbət təkcə Rusiyadan getmir, ümumiyyətlə, beynəlxalq aləmdə prinsipləri pozan dövlətlərlə bağlı müzakirələrin aparılması və sanksiyaların qəbul edilməsi məntiqlidir. O, fərqli yolu təsəvvür etməyin çətin olduğunu söyləyib.

Düzəliş səsverməyə çıxarılıb. 7 parlamentar istisna olmaqla, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin bütün üzvləri düzəlişin əleyhinə səs veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836
avatar

Oxşar yazılar