<b>Rövşən Rzayev: <span style="color:red;">“Ermənistan vəziyyəti gərginləşdirir” </b>
02 aprel 2016 15:23 (UTC +04:00)

Rövşən Rzayev: “Ermənistan vəziyyəti gərginləşdirir”

 

 

“Ermənistan  dövlətinin  apardığı  işğalçılıq və təcavüzkar   siyasət  münaqişənin uzanmasına və daha  da  gərginləşməsinə  səbəb olur”.

 

 

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu Milli Məclisin  deputatı, Dağlıq  Qarabağ  bölgəsinin Azərbaycanlı İcmasının  İdarə  heyətinin üzvü  Rövşən  Rzayev bildirib.

 

O deyib ki, dünən - aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı  qüvvələri  cəbhənin Tərtər  istiqamətində  növbəti dəfə  atəşkəsi  pozmuşlar. Gecə saatlarından başlayaraq bu hal daha da intensivləşib. Ağır  texnikalardan, iri  çaplı silahlardan güclü  şəkildə istifadə olunması yerli əhali üçün gözlənilməz olub və böyük  təhlükə yaradıb. Dinc sakinlər  arasında ölən  və yaralananlar  var.  

R.Rzayevin sözlərinə görə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam  etməsinə baxmayaraq qarşı  tərəf  atəşkəs  rejiminin  tələblərinə  riayət  etmir. Azərbaycanın məsələnin ərazi  bütövlüyü çərçivəsində dinc  və ədalətli  yolla   həll edilməsi  cəhdlərinə əks  tərəf daim  təxribatlarla  cavab verir. 

 

Ermənistan  dövlətinin  apardığı  işğalçılıq və təcavüzkar   siyasət  münaqişənin uzanmasına və daha  da  gərginləşməsinə  səbəb olduğunu qeyd edən R.Rzayev bildirib ki, ona  görə  də bu  atışmaların  dərhal  qarşısı  alınmalı, ATƏT-in Minsk  qrupu öz fəaliyyətini təcili  gücləndirməlidir: “Sülh danışıqları prosesi  davam  etdirilməlidir. Beynəlxalq  təşkilatlar məsələyə  münasibət  bildirməli, atəşkəs  bərpa  olunmalıdır. Əks  halda  münaqişənin  daha  aktiv  fazaya  keçməsi üçün  şərait  yarana bilər  və  münaqişə  regionda daha  ağır  nəticələrə səbəb olar. Bunun isə  məsuliyyəti  Ermənistan  rəhbərliyinin üzərinə  düşür”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar