Roma Papası Fransisk Prezident İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfəri məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.