Referenduma “HƏ” deyirəm!
29 avqust 2016 16:41 (UTC +04:00)

Referenduma “HƏ” deyirəm!

          

 

Çağdaş dünyamızın sürəkli inkişafı, dəyişən geosiyasi şərait, beynəlxalq aləmdə və regionda baş verən proseslər müstəqilliyinin 25-ci ilini yaşayan Azərbaycan Respublikasının qarşısında istər beynəlxalq münasibətlər sistemi, istərsə də daxildə dövlət idarəçiliyi sistemində yeni hədəflər qoyur. Dünya siyasət və iqtisadiyyat ailəsinə inteqrasiya strategiyası ölkənin idarəetmə strukturlarının bu ailənin standartlarına cavab verən çevik adaptasiyasını artıq qaçılmaz zərurət kimi qarşıya qoyur. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendum Azərbaycanın son illər ərzindəki dinamik inkişafının məntiqi sonluğu kimi dəyərləndirilməlidir. Ali qanunnəzərdə tutulan 29 dəyişiklik dövlət idarəçilik sistemini əhatə etməklə yanaşı həm də insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini ehtiva edir.

Sentyabrın 26-da seçki məntəqələrinə yollanacaq vətəndaşların nədən ümumxalq səsverməsinə çıxarılacaq bəndlərə səs verməsini aydınlaşdırmaq üçün respublikamızda 1995-ci il noyabrın 12-də müstəqil konstitusiyanın qəbulundan sonra reallaşdırılan referendumların tarixi və səsverməyə çıxarılan məsələlərin çeşidinə baxmaq tələb olunur. Mütəxəssislər bildirirlər ki, ötən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, həmçinin siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Lakin bu, davamlı bir prosesdir və dünyanın önəm verdiyi dəyərlərə uyğunlaşmaqdan ötrü daxili dəyərlər sisteminə yenidən nəzər yetirmək demokratiya və hüquqi dövlət quruculuğuna ciddi töhvə deməkdir.

Beləliklə, Azərbaycan 2002-ci il avqustun 24-də növbəti ümumxalq səsverməsi-referenduma getdi, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. Xalqın siyasi iradəsinin təcəssümü olaraq həmin referendum nəticəsində 

-proporsional seçki sistemi ləğv olundu

-müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqləndi

-prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşdi, habelə, 

-hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, 

-siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi, 

-vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması 

və digər bu kimi prinsipial məsələlər hüquqi həllini tap

Yeddi il sonra, yəni, Milli Məclis növbəti dəfə ölkəKonstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-də referendumun keçirilməsi ilə bağlı tarixi qərar qəbul etdi. Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunduAzərbaycan ictimaiyyəti bu dəyişikliklərə də “hə” dedi və o dövrdən bu günə qədər həmin dəyişikliklər tam gücü ilə həyata vəsiqə qazanıb. 

Dünya tarixi və inkişaf etmiş dövlətlərin demokratiya ənənələri göstərir ki, ayrı-ayrı cəmiyyətlər hər zaman dinamizmə, sürəkli dəyişikliklərə meylli olmur. Qərbin bir çox ölkələrində mühafizəkar partiyaların gücü və hakimiyyətdə təmsil olunmaları məhz onların çağdaş dövrün liberal dəyərlərinə heç də həmişə önəm verməmələri və cəmiyyətə mövcud dəyərlərin saxlanılmasına inam aşılamaları ilə birbaşa bağlıdır. Lakin bu gün dünya siyasətində və beynəlxalq münasibətlər sistemində ciddi modifikasiya prosesi gedir, bir çox hallarda dünya birliyi istəmədən həmin yenilikləri qəbul etmək və ona adaptasiya etmək məcburiyyətində qalır. Şübhəsiz, Azərbaycan da adıçəkilən dünyanın tərkib hissəsidir və demokratik dünyanın bütün çağırışlarına çevik reaksiya verməyə borcludur. 

Doğrudan da, cəmiyyətdə heç bir şey statik deyil, dəyişən zaman kontekstində mövcud meyar və dəyərlərə də müvafiq fərqli yanaşma labüddür. 

2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra 

-ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər-hüquq sisteminin təkmilləşməsi, 

-demokratikləşmə prosesinin dərinləşməsi, 

-təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət strukturlarının yenilənməsi, 

-ictimai təsisatların inkişafı, 

-yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılması

və digər mühüm proseslər Konstitusiyaya bir daha nəzər salmaq, Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirir. 

Bu üzdən birmənalı şəkildə söyləmək olar ki, Prezident İlham Əliyevin 18 iyul 2016-cı il tarixli sərəncamı ilə ümumxalq səsverməsinə çıxarılacaq referendumAktına dəyişikliklər ictimai həyatın bir çox spektrlərini əhatə edir və Azərbaycanın bugünkü hərtərəfli inkişaf xüsusiyyətlərini özündə əks etdirir. Ölkə başçısının siyasi və iqtisadi islahatların davam etdirilməsi ilə bağlı iradəsi adekvat olaraq daha çevik və effektiv idarəetmə üsullarının tətbiqinə zərurət yaradır. Konstitusiya Aktına nəzərdə tutulan dəyişikliklər bu məqsədə xidmət etməklə yanaşı Azərbaycanda siyasi, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə yeni davranış tərzinin ortaya qoyulmasına da imkan yaradacaq.

Ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklərin bir neçəsinin müqayisəli təhlili indiki dönəmdə həmin yenilənmənin tarixi anlam daşıdığını göstərir. Məsələn,

Referendum Aktı layihəsində böyük ictimai maraq və rezonansa səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi və 100-cü maddəsi ilə bağlı dəyişiklik üzərində xüsusi dayanmaq olar. Söhbət indiki qanundakı yaşı 25-dən aşağı olmayan sözlərinin seçkilərdə iştirak etmək hüququna malik olan sözləri ilə əvəz edilməsi və yaşı 35-dən aşağı olmayan sözlərinin çıxarılmasından gedir. Bu dəyişkiliklər müvafiq olaraq parlament və prezident seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal tənzimlənməsini təmin etməlidir. 

Mövcud qanunvericiliyin tələbinə əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər baş nazir, yaxud hakim, 21 yaşına qədər  isə bələdiyyə üzvü seçilə bilməz. Təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olur. Bundan başqa, prezident seçkilərində tətbiq olunan yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılması da nəzərdə tutulur. 

Müqayisə üçün deyək ki, Fransada prezident seçilmək üçün yaş senzi mövcud deyil. Bu dəyişikliklər ölkəmizdə gənclərin özünütəsdiqi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 

Dəyişikliklər paketində yer alan bəndlərdən biri də Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu, dövlət idarəçiliyi sistemində yeni hadisədir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin effektiv idarə edilməsini, qərarların çevik qəbulu və həyata keçirilməsini təmin edir. Razılaşaq ki, yaxın 10 il ərzində inkişaf etmiş ölkələr sırasına daxil olmağı hədəfləyən bir respublika üçün idarəçilik sistemindəbelə dəyişiklik strateji səciyyə daşıyır. 

Konstitusiya Aktında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması maddəsi də cəmiyyətdə geniş diskussiyalara səbəb olur. Dünya praktikası bu məsələdə Azərbaycan hakimiyyətinin doğru addım atdığını təsdiq edir. Məsələ ondadır ki, bir çox hallarda ölkənin uzun illərə hesablanmış inkişafını təmin edəcək iqtisadi islahatlar böyük zaman tələb edir. Çünki, həmin islahatların gerçəkləşməsi sadəcə texniki deyil, həm də psixoloji faktorlarla bağlı olur. İnsanların bu islahatların mahiyyətini dərk etməsi, habelə həmin dəyişikliklərə getmək üçün resursların hərəkətə gətirilməsi bəzən müəyyən problemlərlə müşayiət olunur. Ona görə də prezidentin səlahiyyət müddətinin 7 ilə qədər uzadılması strateji xarakterə malik islahatların tam şəkildə həyata keçirilməsinə qarant ola bilər. Hazırda bir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada 6 illik prezidentlik müddəti var və kifayət qədər effektiv şəkildə mövcudluğunu sürdürür. 

Ümumilikdə, referenduma təqdim olunan maddələri nəzərdən keçirərkən, onların ölkə həyatının ən müxtəlif sahələrini

-təhlükəsizlik və müdafiə, 

-insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, 

-xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər, 

-vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, 

-vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, 

-dövlət strukturlarının təkmilləşdirilməsi, 

-bələdiyyələrin məsuliyyətinin artırılması 

və digər vacib məsələlərin tənzimlənməsinə aid olduğu ortaya çıxır. Bu isə müharibə şəraitində yaşayan bir respublika üçün həyati əhəmiyyət kəsb edir. Ölkə vətəndaşların referendumun məsuliyyətini tam şəkildə anladığı bu gün cəmiyyətdə ümumxalq səsverməsinə çıxarılan maddələrin geniş müzakirəsi fonunda bəlli olur. 

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər birinin 

-mütərəqqi xarakter daşıdığını, 

-ölkəmizdə ictimai-siyasi sabitliyin, 

-təhlükəsizliyin, 

-davamlı inkişafın, 

-vətəndaş həmrəyliyinin, 

-xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, 

-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi,

-dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi

mənafeyinə xidmət göstərdiyini birmənalı şəkildə söyləmək olar. Layihədə insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbiti, bank-maliyyə sisteminin idarə olunması və digərlərinin əksini tapması bütün nəzərdə tutulan dəyişikliklərin Azərbaycan vətəndaşının hüquqlarının daha səmərəli qorunmasına xidmət edəcəyindən xəbər verir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Günel Səfərova

Oxşar yazılar