Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edib
12 sentyabr 2016 18:55 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edib

0
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 
 
 
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.
 
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
 
 
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar