Ramiz Mehdiyev Rusiya TŞ-nın sədri ilə görüşüb
11 noyabr 2015 21:50 (UTC +04:00)

Ramiz Mehdiyev Rusiya TŞ-nın sədri ilə görüşüb

0

Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.

 

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin  perspektivləri müzakirə olunub.

 

Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün  əməkdaşlıq planını imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar