Qohumları Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib
16 aprel 2016 12:50 (UTC +04:00)

Qohumları Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib

Bu gün Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında növbəti etiraz aksiyası keçirilib. 

 

APA-nın xəbərinə görə, bu dəfə Ə. Kərimlinin qohumları onun evinin qarşısına toplaşıb. Onlar cəbhədə baş verən son döyüşlərlə bağlı Ə. Kərimlinin səsləndirdiyi fikirlərə etiraz ediblər. Partiya sədrinin qohumları Ermənistan mətbuatının Ə. Kərimlinin fikirlərə istinad etməsini pisləyib.
 
Aksiyada  “Ar olsun!” şüarı səsləndirilib. 
 
Aksiyanın qarşısı polisin müdaxiləsi ilə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

APA Baycan

Oxşar yazılar