QHT Əməkdaşlıq Alyansı Xocalı aeroportu ilə bağlı bəyanat yaydı
01 fevral 2013 18:41 (UTC +04:00)

QHT Əməkdaşlıq Alyansı Xocalı aeroportu ilə bağlı bəyanat yaydı

QHT Əməkdaşlıq Alyansının Xocalı aeroportu ətrafındakı hadisələrlə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda deyilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın və digər erməni rəhbərlərin “Stepanakert aeroportu”  kimi təqdim etdikləri Xocalı aeroportunun yaxın gələcəkdə açılacağı və yenidən işə salınacağı barədə fikirləri Azərbaycanın rəsmi strukturları, ictimaiyyəti və bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı olaraq çox sərt reaksiya ilə qarşılanıb: “Ermənilərin Qarabağ münaqişəsi davam edən bir şəraitdə və işğal altında olan Azərbaycan ərazisində Xocalı aeroportunu işə salmaq cəhdləri beynəlxalq qanunlara meydan oxumaqdan və respublikamıza qarşı təxribatdan başqa bir şey deyil. QHT Əməkdaşlıq Alyansı bir sıra xarici şirkətlərin də Xocalı aeroportunun fəaliyyətə başlaması üçün Ermənistanla müəyyən avadanlıqların quraşdırılması istiqamətində əməkdaşlıq etməsinə təəssüflənir, onların bu addımlarından geri çəkilməsini tələb edir”.

 

Bəyanatda həmçinin o da bildirilir ki, QHT Əməkdaşlıq Alyansı hesab edir ki, Azərbaycan tərəfi bu məsələyə yanaşmada beynəlxalq hüquqa əsaslanır. Ermənistandan fərqli olaraq Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib və beynəlxalq hüququ pozacaq heç bir addım atmayıb.

 

“Azərbaycanın icazəsi olmadan onun ərazisi üzərində mülki aviasiya təyyarələrinin uçuşunun qadağan etməsi barədə dövlət rəsmilərinin dediklərini və Ermənistanın işğal edilmiş ərazilərimiz üzərindən təyyarə uçuşlarını həyata keçirəcəyi halda Azərbaycan tərəfinin mümkün reaksiyasını dəstəkləyirik. Nə qədər ki gec deyil, Ermənistan rəsmilərinin Xocalı aeroportu ilə bağlı yanlış mövqelərindən  geri çəkilmələrini tələb edirik”-deyə, bəyanatda qeyd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar