QHT-lərə xaricdən ayrılan qrantlara nəzarət sərtləşəcək
01 fevral 2013 12:29 (UTC +04:00)

QHT-lərə xaricdən ayrılan qrantlara nəzarət sərtləşəcək

 

 

 

Lent.az-ın verdiyi məlumata görə, spiker Oqtay Əsədov deyib ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında anti-Azərbaycan qüvvələrin niyyəti baş tutmayıb.

 

Oqtay Əsədov bildirib ki, sessiya çərçivəsində anti-Azərbaycan qüvvələr Azərbaycanda siyasi məhbus məsələsini qaldırıb, hesabat hazırlayıblar: “Lakin bu hesabat qəbul edilməyib. İlham Əliyevin uğurlu daxili və xarici syiasəti anti-Azərbaycan qüvvələrin bu niyyətini həyata keçirməyə imkan vermədi və AŞ PA tərəfindən rədd edildi”.

 

Millət vəkili Çingiz Qənizadə bildirib ki, “Qrantlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlardan irəli gələrək İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edir, bununla bağlı layihə hazırlayıb: “Layihə hazırlamışam və parlamentə təqdim edəcəm. Müəyyən siyasi və dini təşkilatlar xaricdən qrant və digər formalarda maliyyələşirlər. Bəzən bu qrantların verilməsi saf niyyəti ilə olur, bəzən isə dini-radikal qrupların, terrorçuların maliyyələşdirilməsi də həyata keçirilir. Bəzən də maliyyə nağd verildiyinə görə vergidən yayındırılır, hesabatı verilmir. Hazırladığım layihə şəffaflığın artırılması üçündür. Pulları kim verir, hara xərclənir, verilən hesabatda əksini tapmalıdır. Söhbət maliyyənin dayandırılmasından yox, şəffaflıqdan gedir”.

 

Spiker Oqtay  Əsədov Çingiz Qənizadənin təklifini dəstəkləyib və bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə tapşırıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar