Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva martın 22-də Milli Təhlükəsizlik və Strateji Mərkəz tərəfindən Türkiyənin Aydın Universitetində təşkil edilən I Beynəlxalq təhlükəsizlik və strateji araşdırmalar konqresində iştirak və çıxış edəcək.
Millət vəkili Qənirə Paşayeva konqresdə "Avrasiyada təhlükəsizlik məsələləri" adlı geniş məruzə ilə çıxış edəcək və Dağlıq Qarabağ münaqışəsi də daxil olmaqla Avrasiya regionunda həllini tapmayan, davam edən münaqişələrin bölgənin təhlükəsizliyinə və inkişafına vurduğu zərərlər barədə fikirlərini bölüşəcək.
Konrqesdə dünyanın müxtəlif ölkələrindən gəlmiş millət vəkilləri, Strateji Araşdırmalar mərkəzlərinin nümayəndələri, alimlər iştirak edəcəklər.