Qənirə Paşayeva Türk Hava Qurumunun rəhbəri ilə görüşüb
21 mart 2013 23:51 (UTC +04:00)

Qənirə Paşayeva Türk Hava Qurumunun rəhbəri ilə görüşüb

 

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Hava Qurumunun rəhbəri, General-leytenant Osman Yıldırım və Türk Hava Qurumunun universitetinin rektoru, professor Ünsal Ban ilə görüşüb.

 

Görüşdə Türk Hava Qurumu (THK) ilə  Azərbaycan arasında  əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ölkəmizə səfər etdiklərini deyən Osman Yıldırım aviasiya sahəsi üzrə peşəkar texniki kadrlar hazırlamaq məqsədi daşıyan yeni yaradılmış THK Universitetinin  Azərbaycan da daxil olmaqla türkdilli ölkələri əhatə edən layihənin həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışıb: “Başlanğıcda biz THK Universitetində təhsil üçün Azərbaycan daxil hər türkdilli ölkədən 6 tələbə götürəcəyik. Onların bütün xərcləri Türk Hava Qurumu tərəfindən ödəniləcək. Onlara ən müasir tələblər səviyyəsində təhsil veriləcək, eyni zamanda Amerikada və müxtəlif ölkələrdə kurslarda iştiraka göndəriləcəklər”.
 

Osman Yıldırım THK-nın hava idman növləri, həmçinin modelçilik üzrə Azərbaycanla əməkdaşlığa başlamaq üçün müzakirələr apardığını da qeyd edib.
 

Türk Hava Qurumunun universitetinin  rektoru, professor Ünsal Ban qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə  getdikcə  daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib.

Görüş zamanı Azərbaycanın millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Türk Hava Qurumunun universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Millət vəkili Qənirə Paşayeva qonaqlara Azərbaycanda həyata keçirilən islahatlar, Azərbaycanın qardaş Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində gördüyü işlər, habelə Ermənistanın işğalçılıq siyasəti, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə geniş məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

 

Daha sonra millət vəkili Qənirə Paşayeva qonaqlara Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi barədə materiallar hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1490
avatar

Oxşar yazılar