Qənirə Paşayeva Mihail Formuzal ilə görüşüb
27 mart 2013 19:00 (UTC +04:00)

Qənirə Paşayeva Mihail Formuzal ilə görüşüb

Qənirə Paşayeva Moldovanın Qaqauz muxtar regionunun prezidenti Mihail Formuzal ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə  millət  vəkili  Q.  Paşayeva  Azərbaycan və  qaqauz türklərinin eyni kökənli,  qardaş  olduğunu  bildirib və  Azərbaycanla Qaqauz muxtar regionu arasında əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla Moldova, o cümlədən Qaqauz muxtar regionu arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman Qaqauz muxtar regionundakı qardaş-bacılarımızın yanında olduğunu deyib. Görüş zamanı  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

 

Qardaş Azərbaycana dəfələrlə səfər etdiyini və Azərbaycanı çox sevdiyini deyən Moldovanın  Qaqauz  muxtar regionunun prezidenti Mihail Formuzal Azərbaycan dövlətinə, rəhbərliyinə, prezident İlham Əliyevə hər zaman Qaqauz muxtar regionuna verdiyi dəstəyə görə xüsusi təşəkkür edib və hər iki qardaş xalq arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar