“Azərbaycanın şəhidi bizim də şəhidimizdir”- <span style="color:red;">Türkiyəli bələdiyyə başqanı
25 aprel 2016 16:26 (UTC +04:00)

“Azərbaycanın şəhidi bizim də şəhidimizdir”- Türkiyəli bələdiyyə başqanı

Türkiyənin Hatay vilayətində, Dörd Yol bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar, "Olaylar" İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoyla görüşüblər.

 

Lent.az-ın məlumatına görə, Dörd Yol bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq “Azərbaycanın şəhidi bizim də şəhidimizdir” deyib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Millət vəkili Q.Paşayeva və Yunus Oğuz da terrorla mübarizədə Azərbaycanın Türkiyənin yanında olduğunu dilə gətirib.

Görüş zamanı qədim Hatayın, Dörd Yolun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Q. Paşayeva yaxın zamanlarda Hatay, Dörd Yolun mərkəzi parklardan birinə " Qarabağ” adının veriləcəyinə və orada şəhidlərin xatirəsinə "Şəhidlər" abidəsinin qoyulacağına inandığını deyib.

Daha sonra görüşdə  Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb. Hatay, Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoy Q.Paşayevanın Hatay, Dörd Yolda Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Millət vəkili müəllifi olduğu  “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışaraq  kitabın növbəti hissələrində qədim Hatay, Dörd Yolun da yer alacağını bildirib.

Sonda Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına həmmüəllifi olduğu "Karabağ hikayeleri"ni, Yunus Oğuz isə Türk dünyası ilə bağlı kitabları da bələdiyyə başqanı, bələdiyyə Məclis üzvlərinə imzalı hədiyyə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar