Qənirə Paşayeva Abulbəyli kəndində seçicilərlə görüşüb
22 oktyabr 2015 11:26 (UTC +04:00)

Qənirə Paşayeva Abulbəyli kəndində seçicilərlə görüşüb

0

Millət vəkili Qənirə Paşayeva Abulbəyli kəndində seçicilərlə görüşüb.

Lent.az-ın məlumatına görə, Qənirə Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlarda (xüsusilə AŞPA, AVRONEST), Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi yarımmilyon soydaşımızın yaşadığı və strateji müttəfiqimiz olan Gürcüstanla əlaqələrin daha da inkişaf etməsi istiqamətində, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya, Azərbaycan-Ruminiya, Azərbaycan-Pakistan, Azərbaycan-Misir və s. dostluq qruplarının üzvü kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib.

Q. Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq. Namizədliyini yenidən irəli sürməsində məqsədi də budur.

Q.Paşayeva hər zaman seçicilərinə diqqət göstərəcəyini deyib.

Qaldırılan məsələlərin bir hissəsini yerində müvafiq qurumlarla danışaraq həll edən Qənirə Paşayeva bəzi problem və təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyinə söz verib. Q. Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. O, həmçinin Abulbəylidə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, müvafiq qurumlarla danışacağını deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar