Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və hökumətin üzvləri yola salıblar.