Prezident Macarıstan səfirini qəbul edib
01 may 2015 14:32 (UTC +04:00)

Prezident Macarıstan səfirini qəbul edib

Prezident İlham Əliyev mayın 1-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirilib, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

 

İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar