Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edir.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakıda rəsmi açılış mərasimi keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunda iştirak edirlər.
Qeyd edək ki, dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.