İlham Əliyevdən Oman və Latviya prezidentlərinə təbrik
17 noyabr 2015 18:45 (UTC +04:00)

İlham Əliyevdən Oman və Latviya prezidentlərinə təbrik

0

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidi bu ölkənin milli byramı münasibətilə təbrik edib. 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bundan başqa prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti  Raymonds Veyonisi və Latviya xalqını Latviya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar