Prezident İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezidenti İlham Əliyev həmçinin Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizi qəbul edib. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.