Prezident İspaniyanın yeni kralını təbrik etdi
25 iyun 2014 19:27 (UTC +04:00)

Prezident İspaniyanın yeni kralını təbrik etdi

 

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeni taxta çıxması münasibəti ilə təbirk edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir: “Əlahəzrət, İspaniyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Bu gün Azərbaycan ilə İspaniya arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənəcək və möhkəmlənəcək.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar