Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər.
Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Dövlət başçısı sessiyanın açılışında çıxış edib.
Prezident İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və yüksək dövlət mükafatını ona təqdim edib.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib.
Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edilib.
Daha sonra birgə foto çəkdirilib.