Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi Kral Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına bir il bundan əvvəlki rəsmi səfərini və səfər zamanı Kral Salman bin Əbdüləziz Əl Səudun ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyi məmnunluqla xatırladığını bildirib və bu səfəri iki dost ölkə arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanının yaxın dost və tərəfdaş ölkələr olduqlarını və bir-birlərini daim dəstəklədiklərini vurğulayaraq Səudiyyə Ərəbistanı Krallığının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu səviyyədə iştirakını tədbirə verilən önəmin və ölkəmizlə dostluq əlaqələrinin göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyev həmçinin Fransanın keçmiş Baş naziri Dominik de Villpeni, Qətər Dövlətinin Baş nazirinin müavinini də qəbul edib.