Prezident İlham Əliyev Şabran rayonuna səfər edib
19 iyul 2013 18:06 (UTC +04:00)

Prezident İlham Əliyev Şabran rayonuna səfər edib

 

Bu gün prezident İlham Əliyev Şabran rayonuna səfərə gəlib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Şabran şəhərində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Prezident Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib, binanın rəmzi açılışını bildirən lenti kəsib. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılıb. Binanın ətrafında əsaslı abadlıq işləri aparılıb və yaşıllıqlar salınıb. Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində Heydər Əliyevin büstü qoyulub. Buradakı fotostendlərdə Heydər Əliyev və prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapıb. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da var. Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.

 

Dövlət başçısı daha sonra Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak edib, yolun rəmzi açılışını bildirən lenti kəsib. Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılıb. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36, eni isə 8-10 metr olan avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılıb, 2013-cü ilin iyununda başa çatdırılıb. Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, Mumlu və Sumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunmuşdur. Burada 14 metr uzunluğunda körpü də salınıb. Yeni yolla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar